satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov: Yekun sülhə nail olmaq üçün Ermənistan konstitusiyasına dəyişiklik edilməlidir

Ceyhun Bayramov: Yekun sülhə nail olmaq üçün Ermənistan konstitusiyasına dəyişiklik edilməlidir

Azərbaycan və Ermənistan arasında yekun sülhə nail olunması üçün Ermənistanda referendum keçirilərək konstitusiyadan Azərbaycana qarşı ərazi iddialarını çıxarmalı, həmçinin ATƏT-in Minsk qrupu ləğv edilməlidir.

NTV xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcü həmkarı Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.

Ceyhun Bayramovun sözlərinə görə, referendumun keçirilməsi, həmçinin artıq əhəmiyyətini itirmiş və faktiki mövcud olmayan Minsk prosesi təsisatlarının, o cümlədən Minsk qrupunun ləğvi istiqamətində addımların atılması zəruridir.

Nazir qeyd edib ki, görüş zamanı Maka Boçorişviliyə işğaldan azad edilmiş ərazilərdə gedən bərpa-quruculuq işləri barədə, həmçinin keçmiş məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıdışı prosesi barədə məlumat verib, mina probleminin təhlükəsiz qayıdışın qarşısında əsas problem olaraq qaldığını vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM