satellite   Azerspace-1: 11135 H 30000

Suriya rəsmən Türkiyədən hərbi dəstək istəyib

Suriya rəsmən Türkiyədən hərbi dəstək istəyib

Suriya daxili təhlükəsizliyi təmin etmək üçün Türkiyədən rəsmi olaraq hərbi dəstək istəyib.

NTV Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Suriya administrasiyası Türkiyəyə müdafiə qabiliyyətini gücləndirmək və bütün terror təşkilatları, xüsusilə İŞİD ilə mübarizə aparmaq məqsədilə rəsmi dəstək sorğusu ilə müraciət edib" - nazirlikdən bildiriblər.

Bəyanata əsasən, Türkiyənin prioritet məqsədi Suriyanın siyasi birliyini və ərazi bütövlüyünü dəstəkləmək, həmçinin regionda davamlı sülhü təmin etməkdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM