satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov: Somali Azərbaycan ərazilərinin işğalı ilə bağlı həmişə mövqe ortaya qoyub

Ceyhun Bayramov: Somali Azərbaycan ərazilərinin işğalı ilə bağlı həmişə mövqe ortaya qoyub

Somali Ermənistanın Azərbaycan ərazilərini işğalı ilə bağlı İƏT çərçivəsində yaradılmış təmas qrupunun üzvü olub və bu məsələdə həmişə mövqe ortaya qoyub.

NTV xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Somali xarici işlər naziri Abdisalam Abdi Ali ilə birgə mətbuat konfransında deyib.

“Dost Somali ilə əlaqələrimizin intensiv şəkildə inkişaf etdirilməsindən çox məmnunuq. Ötən il həmkarımın sələfinin Azərbaycana səfəri, 2025-ci ilin əvvəlində Azərbaycan nümayəndə heyətinin Somaliyə səfəri, Somali Prezidentinin Azərbaycana səfəri və bu səfərlər çərçivəsində bir sıra sahələri əhatə edən sazişlərin imzalanması, onların icrasına başlanması əlaqələrin inkişafına böyük töhfə verib.

İki ölkə arasında münasibət qarşılıqlı maraqlar əsasında inkişaf edir. Biz bir sıra beynəlxalq təşkilatlar - BMT, İƏT, Qoşulmama Hərəkatı çərçivəsində müsbət əməkdaşlıq əlaqələri qurmuşuq”, - o əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM