satellite   Azerspace-1: 11135 H 30000

Əli Əsədov Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb - FOTOLAR

Əli Əsədov Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb<font color=red> - FOTOLAR</font> Əli Əsədov Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb<font color=red> - FOTOLAR</font>

Azərbaycanın Baş naziri Əli Əsədov Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali ilə görüşüb.

NTV  xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə Azərbaycanın Afrika dövlətləri, o cümlədən Somali ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyi diqqətə çatdırılıb.

İki ölkə arasında beynəlxalq təşkilatlar, xüsusilə də BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstəkdən məmnunluq ifadə olunub.

Görüş zamanı Azərbaycanla Somali arasında sərmayə qoyuluşu, kənd təsərrüfatı, dövlət xidmətlərinin göstərilməsi, yaşıl enerji, humanitar və digər sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM