satellite   Azerspace-1: 11135 H 30000

İtaliyanın Baş naziri üç ölkənin liderləri ilə telefon danışıqları aparıb

İtaliyanın Baş naziri üç ölkənin liderləri ilə telefon danışıqları aparıb

İtaliyanın Baş naziri Ciorcia Meloni ABŞ, Ukrayna və Birləşmiş Ərəb Əmirliklərinin rəhbərləri ilə telefon danışıqları aparıb.

NTV  xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurası məlumat yayıb. Bildirilir ki, Ciorcia Meloninin Donald Tramp, Volodimir Zelenski və Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə telefon danışığında Ukraynadakı müharibə müzakirə olunub.

İtaliyanın Baş naziri atəşkəsə nail olmaq üçün davam edən səylərin, Ukraynada ədalətli və davamlı sülhü təmin edəcək danışıqlar yolunun, xüsusən də ABŞ-ın irəli sürdüyü ən son diplomatik təşəbbüslərin əhəmiyyətini qeyd edib.

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə söhbət zamanı, həmçinin Qəzzaya humanitar yardımın çatdırılmasındakı əməkdaşlıq, zolaqda davam edən əsassız humanitar böhrana son qoymaq üçün hərbi əməliyyatların dərhal dayandırılması, girovların azad edilməsi, yardıma tam və maneəsiz çıxışın zəruriliyi vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM