satellite   Azerspace-1: 11135 H 30000

Tramp-Putin görüşünün digər iştirakçıları açıqlanıb

Tramp-Putin görüşünün digər iştirakçıları açıqlanıb

Alyaskada Tramp-Putin görüşündə Rusiya Prezidentini kimlərin müşayiət edəcəyi məlum olub.

NTV  məlumatına görə, əvvəlcə təkbətək nəzərdə tutulan görüşün sonradan üç-üç formatında keçirilməsi qərara alınıb. Görüşdə Rusiya tərəfdən xarici işlər naziri Sergey Lavrov və Prezidentin müşaviri Yuri Uşakov da iştirak edəcək. Donald Trampa isə onun xüsusi elçisi Stiv Uitkoff və Dövlət katibi Marko Rubio qoşulacaq.

Ağ Evdən bildirilib ki, genişləndirilmiş iş naharında prezidentə Rubio, Uitkoff, müdafiə naziri Pit Heqset, maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Lutnik və Ağ Ev aparatının rəhbəri Syuzi Uayls qatılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:15 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM