satellite   Azerspace-1: 11135 H 30000

Tramp: Hələlik Rusiyaya qarşı sanksiyalar barədə düşünməyə ehtiyac yoxdur

Tramp: Hələlik Rusiyaya qarşı sanksiyalar barədə düşünməyə ehtiyac yoxdur

Prezident Vladimir Putinlə Alyaskada görüş çox yaxşı keçdiyi üçün hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi məsələsini nəzərdən keçirməyə ehtiyac görmür.

NTV  xəbər verir ki, ABŞ Prezidenti Tramp avqustun 16-da sammitdən sonra “Fox News” telekanalına müsahibəsində Rusiya üçün mümkün nəticələrlə bağlı sualı cavablandırarkən deyib: “Bu gün baş verənlərə görə, indi bu barədə düşünməyə ehtiyac görmürəm. Bilirsiniz, məncə, görüş çox yaxşı keçdi", - deyə Ağ Evin rəhbəri əlavə edib.

Eyni zamanda o, gələcəkdə sanksiyalar məsələsinin yenidən gündəmə gələ biləcəyini istisna etməyib. "Ola bilər ki, mən bu barədə iki və ya üç həftədən sonra düşünməli olacağam, amma indi bu barədə düşünməyə ehtiyac yoxdur", - deyə Tramp qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM