satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın xarici işlər naziri: Ermənistanla digər sahələrdə əməkdaşlıq üçün potensial var

Azərbaycanın xarici işlər naziri: Ermənistanla digər sahələrdə əməkdaşlıq üçün potensial var

Bir müddət əvvəl Azərbaycandan Ermənistana neft məhsullarının göndərilməsi prosesi sıfırdan yaradılıb və iki ölkə arasında iqtisadi əməkdaşlığın yeni bir nümunəsi kimi formalaşıb. Belə bir təşəbbüs Ermənistan tərəfindən başlayıb, Azərbaycan isə xoş niyyət göstərərək bu prosesin başlanmasına səbəb oldu.

NTV  xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında söyləyib.

O bildirib ki, Ermənistanla digər sahələrdə əməkdaşlıq üçün potensial var. Ticarət, texniki və digər sahələrdə əməkdaşlıq üçün müraciət olarsa, Azərbaycan tərəfi bu imkanları nəzərdən keçirə bilər. Lakin burada gözləntilər adekvat olmalıdır, çünki proseslər hələ formalaşma mərhələsindədir və spesifik texniki tələblər mövcuddur.

“Bundan əlavə, bu təşəbbüsün siyasi və psixoloji əhəmiyyəti də böyükdür. Məsələn, Azərbaycan məhsullarının Ermənistana daxil olması, əvvəlki münasibətlər fonunda müsbət bir inkişaf kimi qiymətləndirilir. Lakin hələ də cəmiyyətdə belə fikirlər var ki, bəzi məhsulların qəbuluna qarşı çıxanlar ola bilər. Bu cür hallar azdır, amma mövcuddur. Ümumilikdə bu əməkdaşlığın davam etməsi gözlənilir, amma proseslər və nəticələr barədə gözləntilər real və uyğun olmalıdır”, - deyə xarici işlər naziri vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM