satellite   Azerspace-1: 11135 H 30000

Bəhreyndə Azərbaycan səfirliyi gələn il açılacaq

Bəhreyndə Azərbaycan səfirliyi gələn il açılacaq

Fiziki olaraq Bəhreyn Krallığında Azərbaycan səfirliyin açılması 2026-cı ildə baş tutacaq.

NTV  xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabat zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Başqa ölkələrlə bağlı da bu istiqamətdə planlar var. Ancaq prosedurlar həyata keçirilmədən bu barədə məlumatı indidən bölüşməyi düşünmürük", - o əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu ilin oktyabr ayında imzaladığı Sərəncamla Azərbaycanın Bəhreyn Krallığında (Manama şəhərində) Səfirliyi təsis edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM