satellite   Azerspace-1: 11135 H 30000

Tailand və Kamboca atəşkəs barədə sənəd imzalayıb

Tailand və Kamboca atəşkəs barədə sənəd imzalayıb

Tailand və Kamboca arasında atəşkəs barədə sənəd imzalanıb.

NTV xəbər verir ki, sənəd ortaq sərhəd komitəsinin 3-cü xüsusi görüşünün yekununda imzalanıb. Tailandın Çanthaburi və Kambocanın Pailin əyalətləri arasındakı sərhəd-keçid məntəqəsində baş tutan görüşdə Kamboca heyətinə Baş nazirin müavini, milli müdafiə naziri Tea Seiha, Tailand heyətinə isə müdafiə naziri Nattaphon Narkphanit başçılıq edib. Görüş ASEAN müşahidə qrupunun iştirakı ilə baş tutub.

Qeyd edək ki, dekabrın 7-də Tailand-Kamboca sərhədində silahlı toqquşmalar başlayıb. Hər iki tərəfdən həm hərbçilər, həm də mülki şəxslər arasında ölən və xəsarət alanlar var. Sərhədboyu ərazilərdən 100 minlərlə sakin təxliyə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM