satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan "ACWA Power" ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

Azərbaycan "ACWA Power" ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

Azərbaycan və Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti arasında elektrik enerjisinin ötürülməsi sahəsində əməkdaşlıq müzakirə edib.

NTV xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsində hesabında bildirib.

"ACWA Power"in İdarə Heyətinin sədri Mohammad Abunayyanla 240 MVt-lıq Xızı Abşeron Külək Elektrik Stansiyası layihəsinin tamamlanması, həmçinin elektrik enerjisinin istehsalı ilə yanaşı, ötürülməsi sahəsində əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr apardıq",-deyə nazir qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM