Gürcüstanın aparıcı informasiya portalları, televiziya və radioları Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vens ilə görüşünü geniş işqlandırıb.
NTV xəbər verir ki, “interpressnews.ge”, “imedinews.ge”, “bpn.ge”, “1tv.ge”, “radiotavisupleba.ge”, “qafqazturk.com”, “aktual.ge”, “interpress.ge”, “24news.ge”, “rustavi2.ge”, “palitranews.ge” informasiya portalları, radio və televiziyaları Cey. Di. Vensin Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü, “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanma mərasimi və hər iki tərəfin mətbuata bəyanatından materiallar yayıblar.
Azərbaycan, rus, gürcü və ingilis dilində dərc olunan xəbərlərdə Cey. Di. Vensin Bakıya rəsmi səfəri yüksək qiymətləndirilib, Azərbaycan və ABŞ-ın strateji tərəfdaş olduqları, Tramp administrasiyasının Azərbaycana müsbət münasibəti diqqətə çatdırılıb, Strateji Tərəfdaşlıq Xartiyası barədə ətraflı məlumat verilib.
Materiallarda regionda və dünyada sülhün vacibliyi, Azərbaycanın birbaşa təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat layihələri barədə fikirlər də əksini tapıb.
ABŞ-ın Vitse-prezidentinin Bakıya səfəri və görüşləri barədə dərc olunan 20-dən çox materialın bir çoxu AZƏRTAC-a istinadla yayımlanıb.
