satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstan mətbuatı Bakı ilə Vaşinqton arasında əməkdaşlığın genişlənməsi barədə yazır - FOTOLAR

Qazaxıstan mətbuatı Bakı ilə Vaşinqton arasında əməkdaşlığın genişlənməsi barədə yazır<font color=red> - FOTOLAR</font> Qazaxıstan mətbuatı Bakı ilə Vaşinqton arasında əməkdaşlığın genişlənməsi barədə yazır<font color=red> - FOTOLAR</font> Qazaxıstan mətbuatı Bakı ilə Vaşinqton arasında əməkdaşlığın genişlənməsi barədə yazır<font color=red> - FOTOLAR</font> Qazaxıstan mətbuatı Bakı ilə Vaşinqton arasında əməkdaşlığın genişlənməsi barədə yazır<font color=red> - FOTOLAR</font>

Qazaxıstan mediası ABŞ-ın vitse-prezidenti Cey. Di. Vensin Bakıya səfərini geniş şəkildə işıqlandırır. Bu ölkənin mətbuatında dərc olunan materiallarda Azərbaycan-Amerika əməkdaşlığının inkişaf perspektivlərinə diqqət yetirilir.

NTV xəbər verir ki, Qazaxıstanın “Inform.kz”, “Ulysmedia.kz”, “Inbusiness.kz” və “Qazaqstan.tv” media orqanları Bakıda aparılan danışıqlar və əldə edilən razılaşmalar barədə ətraflı məlumat verib.

Materiallarda diqqətə çatdırılır ki, Azərbaycan və Amerika Birləşmiş Ştatlarının iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlığında yeni bir fəsil açılır.

Həmçinin səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-ın vitse-prezidenti Cey. Di. Vensin Strateji Tərəfdaşlıq Xartiyasını imzaladıqları vurğulanır.

Qeyd olunur ki, Strateji Tərəfdaşlıq Xartiyasına TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) nəqliyyat dəhlizi, süni intellekt, rəqəmsal infrastruktur və təhlükəsizlik sahəsində əməkdaşlıq kimi məsələlər daxildir. Materiallarda, həmçinin Azərbaycanın ərazi sularının qorunması üçün qayıqların planlaşdırılan tədarükü ilə bağlı məlumatlara xüsusi diqqət yetirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM