Azərbaycan xəbərləri: Bakı və Dünya hadisələri | Report.az
AZ
RU
EN
sunnyBakı 15° C
USD - 1.700EUR - 1.950TRY - 0.038GEL - 0.626RUB - 0.020UAH - 0.039
Axtarış
Əsas xəbərlər
Son xəbərlər
Siyasət
İqtisadiyyat
Cəmiyyət
İdman
Mədəniyyət
Dünya
Analitika
Multimedia
Azərbaycan nümayəndə heyəti II İliyanın dəfn mərasimində iştirak etmək üçün Tbilisiyə gəlib
Xarici siyasət
22 mart, 2026
10:49
Azərbaycan nümayəndə heyəti II İliyanın dəfn mərasimində iştirak etmək üçün Tbilisiyə gəlib
Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti bütün Gürcüstanın katolikos-patriarxı II İliyanın dəfn mərasimində iştirak etmək üçün Tbilisiyə səfər edib.
NTV xəbər verir ki, nümayəndə heyətinin tərkibində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Baş nazirin müavini Samir Şərifov də yer alır.
Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan xalqının dərin hüzn və ehtiramını gürcü xalqına çatdıracaq.
Xatırladaq ki, II İliya martın 17-də 93 yaşında vəfat edib. Onun vəfatı ilə əlaqədar Gürcüstanda matəm elan olunub.
Patriarxla vida mərasimi Müqəddəs Üçlük Katedralından Sioni Katedralına qədər yürüşlə müşayiət olunacaq.
II İlya bu gün saat 15-də Sioni Katedralında dəfn ediləcək.
