satellite   Azerspace-1: 11135 H 30000

Diaspor Gənclərinin 5-ci Yay Düşərgəsinə müraciətlərin sayı rekord həddə çatıb

Diaspor Gənclərinin 5-ci Yay Düşərgəsinə müraciətlərin sayı rekord həddə çatıb

Avqustun 1-7-də Laçında keçiriləcək “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin 5-ci Yay Düşərgəsinə ötən illərlə müqayisədə rekord həddə müraciət qeydə alınıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Naxçıvan televiziyası-a bildiriblər ki, düşərgədə iştirak üçün 60-dan çox ölkədən diaspor nümayəndələrinin və Azərbaycana dost münasibəti bəsləyən gənclərin müraciəti daxil olub.

Hazırda Düşərgədə iştirak edəcək gənclərin seçim prosesi gedir.

Qeyd edək ki, müraciətlərin sayının çoxluğu bir tərəfdən layihənin nüfuzunun artmasının, digər tərəfdən xaricdə yaşayan gənclərimizin işğaldan azad olunmuş əraziləri görmək istəyinin nəticəsidir.

Xatırladaq ki, bu günədək diaspor gənclərinin Şəki, Şamaxı, Şuşa və Naxçıvan şəhərlərində 4 yay düşərgəsi təşkil olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM