satellite   Azerspace-1: 11135 H 30000

Xocalı, Ağdərə və Xocavənddə təhlükəsiz bərk tullantılar üçün poliqon əraziləri seçilib

Xocalı, Ağdərə və Xocavənddə təhlükəsiz bərk tullantılar üçün poliqon əraziləri seçilib

Xocalı (20ha), Ağdərə (10ha) və Xocavənd (10ha) rayonlarının ərazisində təhlükəsiz bərk tullantılar üçün poliqon əraziləri seçilib.

Naxçıvan televiziyası-ın məlumatına görə, bu barədə "Təmiz Şəhər" ASC-nin Ekologiya şöbəsinin müdiri Səbuhi Babayev ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.

Onun sözlərinə görə, seçilmiş torpaq sahələrinin "Təmiz Şəhər" ASC-nin İstifadəsinə verilməsi barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktub göndərilib:

"Dövlət Komitəsi tullantı poliqonlarının yaradılması üçün Xocavənd və Xocalı rayonu ərazisində yerləşən torpaq sahəsinin "Təmiz Şəhər" ASC-nin istifadəsinə verilməsi barədə sərəncam verib. Ərazi ΑΝΑΜΑ tərəfindən mina və partlamamış hərbi sursatlardan təmizlənib".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM