Naxçıvanda Hökumə Əliyeva ilə bağlı ilk kitab çap olundu - FOTOLAR

Naxçıvanda Hökumə Əliyeva ilə bağlı ilk kitab çap olundu<font color=red> - FOTOLAR</font> Naxçıvanda Hökumə Əliyeva ilə bağlı ilk kitab çap olundu<font color=red> - FOTOLAR</font> Naxçıvanda Hökumə Əliyeva ilə bağlı ilk kitab çap olundu<font color=red> - FOTOLAR</font>

“Səma mələyi” kitabının müəllifi ilə söhbət

Yusibov Adim Adıgözəl oğlu Ordubad rayon Ələhi kəndi NUHÇIXAN-a müsahibəsi:

- Adim müəllim bu kitabı yazmaq fikri necə yarandı?

- Ötən il dekabrın 25-də təyyarə faciəsində həlak olan dayı qızım Hökumə Əliyevanın xəbərini alar- almaz 26-sı Bakı şəhərində həm anım, həm də dəfn mərasimində qatıldım. Həmin ərəfədə qarşıma bu haqda çoxlu yazı və şeirlər çıxdı. Və düşündüm ki, bu haqda mütləq bir kitab ərsəyə gəlməlidir. Və bütün gücümü toplayaraq bu kitabı tərtib etməyə başladım.

- Kitab neçə hissədən ibarətdir?

- Kitab 3 hissədən ibarətdir. Mənim yazdığım bədiiləşmiş oçerk, bir çox seçmə şeir və yaxınların və ictimaiyyətdə tanınmış söz sahiblərinin yazdığı xatirələr. Və eyni zamanda kitabın hər fəslində onun müxtəlif dövrlərdə çəkdirdiyi şəkillər öz əksini tapıb. Kitabın ön sözünün müəllifi isə Nacxçıvan Yazıçılar Birliyinin sədri Asim Yadigardır.

- Bu kitabı yazmaq fikri necə yarandı?

- Milli Qəhrəman haqqında hər bir yazar bu fikrə düşə bilər. O həm də mənim dayım qızıdır. Onun haqqında kitab yazmaqla, bəlkə, dayıma zərrə qədər də olsa, təsəlli verə biləcəyimi düşündüm.

- Hökumə Əliyeva haqqında yazılan şeirləri və xatirələri necə topladınız?

- Onun haqqında yazılmış şeir və xatirələrin bir qismini yas mərasimində şəxsən yazarlardan əldə etdim, qalanlarını isə sosial şəbəkə vasitəsilə.

- Hökumə Əliyevanın həyat hekayəsində sizi ən çox təsirləndirən nə oldu?

-Dayım qızının yarımçıq qalmış həyatı, arzu və istəkləri məni daha çox narahat etdi.

- Kitabın oxuculara həm şəxsi, həm də ictimai mənada nə qazandıracağını düşünürsünüz?

- Təbii ki, bu kitab onun bütün həyat və yaradıcılığını əhatə edə bilməz. Onun haqqında bundan sonra da onlarca kitab yazılacaq. Onda hər şey güzgüdə olan kimi əks olunacaq. İnanıram ki, kitab oxuculara, xüsusən gənclərə öz xalqına, vətəninə, dövlətinə, dövlətçiliyinə bağlılığı, sadiqliyi təlqin edəcək.

- Kitabın oxuculara həm şəxsi, həm də ictimai mənada nə qazandıracağını düşünürsünüz?

- Harada işləməsindən asılı olmayaraq, öz peşəsinin vurğunu olmağı, sədaqətlə xidmət etməyi, dövlətimizin, dövlət başçısının xalqına, xüsusən elə gənclərə diqqət və qayğısını dərk etməyi.

- Oxuculara və Hökumə Əliyevanın pərəstişkarlarına nə demək istərdiniz?

- Oxuculara və Hökumə Əliyevanın pərəstişkarlarına həmişə fədakar olmağı arzulayıram və sonda Milli Qəhrəman Hökumə Əliyevanın ailə üzvləri, yaxın qohumları, onun pərəstişkarları adından yaxın qohumu kimi şəxsən öz adımdan bizlərə ən böyük təskinlik verən qalib Azərbaycanın qalib Sərkərdəsi, ölkə Prezidenti İlham Heydər oğlu Əliyevə sonsuz minnətdarlığımı izhar edirəm.

Fariz Əhmədov

Naxçıvan televiziyasının baş redaktoru

 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM