satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan gömrükçüləri “Brokoli və kahı” yükündən narkotik vasitə aşkar edib - FOTOLAR

Azərbaycan gömrükçüləri “Brokoli və kahı” yükündən narkotik vasitə aşkar edib<font color=red> - FOTOLAR</font> Azərbaycan gömrükçüləri “Brokoli və kahı” yükündən narkotik vasitə aşkar edib<font color=red> - FOTOLAR</font>

Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində qeyri-adi üsulla - tərəvəz yükünün içərisində gizlədilərək gömrük sərhədindən keçirilməsinə cəhd göstərilən külli miqdarda narkotik vasitə aşkar edilib. 

NTV bu barədə Komitəyə istinadən xəbər verir. 

Məlumata görə, ölkə ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “Brokoli və kahı” yükü aparan nəqliyyat vasitəsinə Astara Gömrük İdarəsinin “Cənub-Astara” gömrük postunda gömrük baxışı keçirilib. Stasionar rentgen qurğusunda aparılan yoxlama zamanı yükdə şübhəli cizgilər müşahidə edilib.

Əsaslı yoxlama zamanı kinoloji xidmət iti paletlərdən birindəki 32 qutuya reaksiya verib. Həmin qutulardakı 32 ədəd bağlamalardan falqaya bükülmüş formada, gömrük nəzarətindən gizlədilən, qablaşdırma ilə birlikdə ümumi çəkisi 118 kiloqram 444 qram narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM