satellite   Azerspace-1: 11135 H 30000

Laçın Hava Limanına beynəlxalq status verilib

Laçın Hava Limanına beynəlxalq status verilib

Baş nazir Əli Əsədov Laçın Hava Limanına beynəlxalq status verilməsi barədə sərəncam imzalayıb.

NTV  məlumatına görə, sərəncamda deyilir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və “Azərbaycan Hava Yolları” QSC-nin razılaşdırılmış təklifləri nəzərə alınaraq Laçın rayonunda tikintisi başa çatdırılmış beynəlxalq uçuşları yerinə yetirmək üçün müvafiq standartlara cavab verən Laçın Hava Limanına beynəlxalq status verilsin.

Xarici İşlər Nazirliyi bununla bağlı müvafiq beynəlxalq təşkilatlara məlumat göndərməlidir.

Sərəncam imzalandığı gündən qüvvəyə minir. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM