satellite   Azerspace-1: 11135 H 30000

Son altı ayda Naxçıvanda 172 nəfər qidadan zəhərlənib

Son altı ayda Naxçıvanda 172 nəfər qidadan zəhərlənib

Bu barədə NTV-yə Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.

Agentliyin məlumatına görə, zəhərlənmə hadisələrindən ümumilikdə 172 nəfər zərərçəkən olub:

“Qida zəhərlənmələrindən 70-i məişət zəminində, 46-sı isə ictimai iaşə müəssisələrində baş verib. Baş verən hadisələrə əsas səbəb sanitar-gigiyenik qaydalara riayət edilmədən məhsulun hazırlanması və istehlakıdır”.

NQTA-dan bildiriblər ki, hesabat dövrü ərzində qida zəhərlənməsi diaqnozu ilə ölüm hadisəsi qeydə alınmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM