satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda zərərvericilərdən azad zonaların yaradılması ilə bağlı tədbirlər görülür - FOTOLAR

Naxçıvanda zərərvericilərdən azad zonaların yaradılması ilə bağlı tədbirlər görülür<font color=red> - FOTOLAR</font> Naxçıvanda zərərvericilərdən azad zonaların yaradılması ilə bağlı tədbirlər görülür<font color=red> - FOTOLAR</font> Naxçıvanda zərərvericilərdən azad zonaların yaradılması ilə bağlı tədbirlər görülür<font color=red> - FOTOLAR</font>

Zərərvericilərdən azad zonaların yaradılması imkanlarının nəzərdən keçirilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Naxçıvan Muxtar Respublikasının Babək, Culfa, Şərur, Sədərək, Ordubad və Şahbuz rayonlarında genişmiqyaslı fitosanitar monitorinqlər keçirib.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən NTV-yə  verilən məlumata görə, monitorinqlər zamanı müxtəlif bitkilərdən ümumilikdə 34 nümunə götürülərək laborator müayinələrə cəlb edilib, 8 növ zərərvericinin mövcudluğunu müəyyən etmək üçün 60 ədəd feromon tələ quraşdırılıb.

Monitorinqlər nəticəsində karantin tətbiq olunan növlərdən meyvə ağaclarının yanığı, sürünən kəkrə, sarı sarmaşıq və Kaliforniya çanaqlı yastıcasına rast gəlinib. Bununla bağlı müvafiq fitosanitar tədbirlər görülüb.

Naxçıvan ərazisində meyvə bağlarının əlverişli coğrafi mövqedə yerləşməsi, relyef və iqlim şərtlərinin izolyasiyaedici xüsusiyyətləri həmin ərazilərin zərərli orqanizmdən azad zona və azad istehsal sahələrinin yaradılması baxımından əlverişli potensiala malik olduğunu göstərir.

Qeyd edək ki, zərərli orqanizmdən azad zona, istehsal sahəsi və istehsal yeri bitki və bitkiçilik məhsullarının beynəlxalq ticarəti zamanı idxalçı ölkələrin fitosanitar idxal tələblərinə uyğunluğunun təsdiqi məqsədilə yaradılıb, əlavə fitosanitar tədbirlər aparılmadan ixrac prosesinin asanlaşdırılmasından və potensialının gücləndirilməsindən ibarətdir.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM