satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda 20 ədəd tam elektrikli avtobus xəttə buraxılacaq

Naxçıvanda  20 ədəd tam elektrikli avtobus xəttə  buraxılacaq

Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi 20 ədəd tam elektrikli avtobus almağı planlaşdırır.

NTV bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.

Məlumata görə, agentlik bununla bağlı açıq tender elan edib.

Tenderdə iştirak haqqı 1 000 manatdır.

İddiaçılar təkliflərini sentyabrın 16-na qədər quruma təqdim edə bilərlər. Təkliflərə sentyabrın 19-da, saat 20:00-da agentlikdə baxılacaq.

Satınalmanın ehtimal olunan qiyməti 4,496 milyon manatdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM