satellite   Azerspace-1: 11135 H 30000

Culfa rayonunda kompleks ekoloji monitorinq aparılıb - FOTOLAR

Culfa rayonunda kompleks ekoloji monitorinq aparılıb<font color=red> - FOTOLAR</font> Culfa rayonunda kompleks ekoloji monitorinq aparılıb<font color=red> - FOTOLAR</font> Culfa rayonunda kompleks ekoloji monitorinq aparılıb<font color=red> - FOTOLAR</font> Culfa rayonunda kompleks ekoloji monitorinq aparılıb<font color=red> - FOTOLAR</font>

 

NTV xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Culfa rayonunda kompleks ekoloji monitorinq həyata keçirilib.

Aparılan monitorinqlərin məqsədi ətraf mühitin mövcud vəziyyətinin öyrənilməsi, təbii amillərin və antropogen təsirlərin ekoloji tarazlığa olan mümkün təsirlərinin müəyyənləşdirilməsi olub.

Tədbir çərçivəsində atmosfer havasının keyfiyyət göstəriciləri, radioaktiv fon səviyyəsi, ətraf mühitə zərərli fiziki təsirlər, elektromaqnit şüalanma, səs-küy və vibrasiya təsirləri üzrə ölçmə və müşahidələr aparılıb.

Qeyd edək ki, monitorinqin nəticələri norma daxilində hesab olunur. Əldə olunmuş göstəricilər gələcəkdə ekoloji vəziyyətin dinamikasının izlənməsi, zəruri profilaktik tədbirlərin görülməsi və ətraf mühitin mühafizəsinin daha səmərəli təşkili üçün istifadə olunacaq.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında və rayonlarda mütəmadi aparılan ekoloji monitorinqlər regionda ekoloji təhlükəsizliyin təmin olunması, ətraf mühitin sağlamlaşdırılması və insanların həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyət daşıyır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM