satellite   Azerspace-1: 11135 H 30000

Bu il Naxçıvanda fermerlərə 246 min manatdan çox heyvandarlıq subsidiyası ödənilib

Bu il Naxçıvanda fermerlərə 246 min manatdan çox heyvandarlıq subsidiyası ödənilib

Naxçıvanda damazlıq heyvanların yetişdirilməsi istiqamətində işlər həyata keçiriləcək. Bu, süni mayalanma ilə əldə edilən heyvanların daha sağlam və məhsuldar olmasına imkan verəcək.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən NTV-yə bildirilib ki, bu barədə Şahbuz rayonunun Badamlı kəndində fermerlərlə keçirilən görüşdə deyilib. Görüş süni mayalanmanın effektivliyinin artırılması və fermerlər arasında maarifləndirmə aparılması məqsədilə təşkil edilib. Fermerlərə süni mayalanmanın tətbiqi qaydaları, üstünlükləri və təsərrüfatlara verdiyi iqtisadi faydalar barədə geniş məlumat verilib. Müsbət hal kimi 2025-ci ilin ötən dövründə Şahbuz rayonunda süni mayalanma vasitəsilə 223 baş buzov əldə edilməsi vurğulanıb.

Qeyd edilib ki, bu il Naxçıvan Muxtar Respublikasında heyvandarlığın inkişafı məqsədilə həyata keçirilən süni mayalanma tədbirləri nəticəsində 5386 baş buzov əldə olunub. Bu sahədə fəaliyyət göstərən 1973 fermerə ümumilikdə 246 min 300 manat məbləğində dövlət subsidiyası verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM