satellite   Azerspace-1: 11135 H 30000

“Kahı” yükü aparan nəqliyyat vasitəsindən külli miqdarda narkotik vasitə aşkarlanıb - FOTOLAR

“Kahı” yükü aparan nəqliyyat vasitəsindən külli miqdarda narkotik vasitə aşkarlanıb<font color=red> - FOTOLAR</font> “Kahı” yükü aparan nəqliyyat vasitəsindən külli miqdarda narkotik vasitə aşkarlanıb<font color=red> - FOTOLAR</font> “Kahı” yükü aparan nəqliyyat vasitəsindən külli miqdarda narkotik vasitə aşkarlanıb<font color=red> - FOTOLAR</font>

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

DGK Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən NTV-yə bildirilib ki, “Astara” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına yenə də “kahı” yükü aparan nəqliyyat vasitəsi gömrük yoxlamasına cəlb edilib.

Kinoloji xidmət itinin tətbiqi ilə həyata keçirilən yoxlama zamanı dörd ədəd paletdəki yeşiklərdən üzəriləri kahı yükü ilə örtülərək gömrük nəzarətindən gizlədilən 76 ədəd bağlamada, qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 70 kiloqram 410 qram narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM