satellite   Azerspace-1: 11135 H 30000

ANAMA: Ötən ay 706 mina və 2 min 628 partlamamış hərbi sursat zərərsizləşdirilib

ANAMA: Ötən ay 706 mina və 2 min 628 partlamamış hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatlarına dair aylıq məlumatı açıqlayıb.

ANAMA-dan NTV-yə bildirilib ki, avqust ayında Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 565, tank əleyhinə 141 mina və 2 min 628 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən ay ərzində 6481.4 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM