Ordubad rayonunun 3500 metrədək yüksəklikdə yerləşən dağlıq ərazilərinə qar yağıb.
NTV-nin məlumatına görə, oktyabrın 22-də səhər saatlarından etibarən rayonun ucqar kəndləri və dağ massivlərində hava şəraiti kəskin dəyişib, havanın temperaturu xeyli enib.
Yağan qar nəticəsində bəzi dağlıq ərazilərdə qar örtüyünün hündürlüyü 14 santimetrə çatıb.
