satellite   Azerspace-1: 11135 H 30000

Ötən ay 4264 hektardan çox ərazi minalardan təmizlənib

Ötən ay 4264 hektardan çox ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə fevral ayında 71 tank əleyhinə mina, 410 piyada əleyhinə mina, 1621 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

NTV-nin xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumatında deyilir.

Məlumata əsasən, 4264,8 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM