satellite   Azerspace-1: 11135 H 30000

Yük avtomobilinin texniki nasazlığı qəzaya səbəb olub

Yük avtomobilinin texniki nasazlığı qəzaya səbəb olub

Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən 80-ci kilometrində yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Baş Dövlət Yol Polisi İdarəsindən NTV-yə verilən məlumata görə, Seymur Niftullayevin idarə etdiyi “DAF” markalı, 90 LO 337 dövlət qeydiyyat nişanlı avtomobil Astara istiqamətində hərəkətdə olarkən ön təkərin partlaması nəticəsində idarəetmədən çıxaraq beton yolayrıcına çırpılıb.

Qəza nəticəsində avtomobilə maddi ziyan dəyib, xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

“Həmin səbəblərdən dəfələrlə ağır-yol nəqliyyat hadisələrinin baş verdiyini nəzərə alaraq, bir daha sürücüləri, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən hüquqi və fiziki şəxsləri nəqliyyat vasitələrinin texniki sazlığına vaxtaşırı nəzarət etməyə, reysqabağı texniki müayinədən keçməyə, nasaz, texniki-təhlükəsizlik baxımından normativ tələblərə cavab verməyən avtomobillə yola çıxmaqdan çəkinməyə çağırırıq”, - deyə məlumatda vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM