satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda “Qlobal Pul Həftəsi” çərçivəsində təlimlərə start verilib - FOTOLAR

Naxçıvanda “Qlobal Pul Həftəsi” çərçivəsində təlimlərə start verilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda “Qlobal Pul Həftəsi” çərçivəsində təlimlərə start verilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda “Qlobal Pul Həftəsi” çərçivəsində təlimlərə start verilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda “Qlobal Pul Həftəsi” çərçivəsində təlimlərə start verilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda “Qlobal Pul Həftəsi” çərçivəsində təlimlərə start verilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda “Qlobal Pul Həftəsi” çərçivəsində təlimlərə start verilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda “Qlobal Pul Həftəsi” çərçivəsində təlimlərə start verilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda “Qlobal Pul Həftəsi” çərçivəsində təlimlərə start verilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda “Qlobal Pul Həftəsi” çərçivəsində təlimlərə start verilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda “Qlobal Pul Həftəsi” çərçivəsində təlimlərə start verilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda “Qlobal Pul Həftəsi” çərçivəsində təlimlərə start verilib<font color=red> - FOTOLAR</font>

NTV xəbər verir ki, 16 mart 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mikromaliyyə Assosiasiyasının birgə təşkilatçılığı ilə “Qlobal Pul Həftəsi” çərçivəsində maarifləndirici təlimlərə start verilib. Təlimdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova açılış nitqi ilə çıxış edərək “Qlobal Pul Həftəsi”nin əhəmiyyəti haqqında ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının “Maliyyə sektorunun inkişafı üzrə 2024-2026-cı illər üçün Strategiya”sında əhalinin, xüsusilə gənclərin maliyyə savadlılığının artırılması prioritet istiqamətlərdən biri kimi müəyyən edilmişdir. Bu çərçivədə 16-22 mart 2026-cı il tarixlərdə Naxçıvan Muxtar Respublikasında müxtəlif təlimlərin keçirilməsi nəzərdə tutulur. Həmin təlimlər Naxçıvanın müxtəlif rayonlarında təşkil olunacaq və gənclərin maliyyə savadlılığının artırılmasına, eləcə də gənclərin daha dayanıqlı maliyyə idarəçiliyinə töhfə verəcəkdir. Müasir dövrdə maliyyə savadlılığı hər bir insan üçün vacib bacarıqlardan biridir və bu sahədə erkən yaşlardan maarifləndirmə işinin aparılması böyük əhəmiyyət daşıyır. Sonda komitə sədri təlim iştirakçılarına uğurlar arzu edib. Daha sonra Azərbaycan Mikromaliyyə Assosiasiyasının Maliyyə İnklüzivliyi üzrə proqram rəhbəri Sevinc Rüstəmova “Puldan danışaq” (“Smart Money Talks”) mövzusunda təqdimatla çıxış edib. Təqdimat zamanı pulun müasir cəmiyyətdə rolu, qənaət vərdişlərinin formalaşdırılması və maliyyə resurslarından səmərəli istifadə ilə bağlı geniş maarifləndirici məlumat verilib. Təlim çərçivəsində gənclərlə birlikdə müvafiq mövzuda viktorina və master-klass təşkil olunub. Təlim daha sonra diskussiya şəklində davam etdirilib. Qeyd edək ki, “Qlobal Pul Həftəsi” hər il mart ayında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) koordinasiyası ilə keçirilir. Bu da uşaq və gənclər arasında maliyyə savadlılığının artırılması məqsədilə dünyanın 80-dən çox ölkəsində keçirilən beynəlxalq maarifləndirmə kampaniyasıdır. Bu il də Naxçıvanda “Qlobal Pul Həftəsi” çərçivəsində silsilə təlimlərin təşkili nəzərdə tutulub.

Naxçıvan Muxtar Respublikası

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM