satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

Naxçıvanda psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

NTV xəbər verir ki, Naxçıvanda polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də məhkum olunmuş 46 yaşlı Vüsal Zalov müəyyən edilərək saxlanılıb.

Araşdırmalar zamanı onun psixotrop maddəni qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirdiyi müəyyən edilib. Şəxsin idarə etdiyi avtomobilə baxış keçirilən zaman müxtəlif çəkilərdə qablaşdırılmış psixotrop maddə – metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM