satellite   Azerspace-1: 11135 H 30000

ÜST: Dünyada hər 127 nəfərdən birində autizm spektr pozuntusu aşkarlanır

ÜST: Dünyada hər 127 nəfərdən birində autizm spektr pozuntusu aşkarlanır

Dünyada hər 127 nəfərdən birində autizm spektr pozuntusu aşkarlanır və bu rəqəm təxminən 61 milyon insan deməkdir.

NTV Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son statistik göstəricilərinə istinadla xəbər verir ki, uşaqlar arasında orta hesabla hər 100 uşaqdan birində autizm müşahidə olunur.

Məlumata görə, bu rəqəmlər orta göstəricidir və ölkələr arasında ciddi fərqlər var. Xüsusilə aşağı və orta gəlirli ölkələrdə real göstəricilər tam məlum deyil.

Son illərdə artım müşahidə olunsa da, bu, bəzən diaqnostika imkanlarının genişlənməsi, autizmlə bağlı maarifləndirmənin artması ilə əlaqələndirilir.

Ölkəmizdə isə autizmlə bağlı rəsmi statistik göstərici məlum deyil, lakin son illərdə Azərbaycanda diaqnozların sayında artım müşahidə edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM