satellite   Azerspace-1: 11135 H 30000

Mərkəz rəisi: DTX-də Kibertəhqiqat istiqaməti fəaliyyətə başlayıb

Mərkəz rəisi: DTX-də Kibertəhqiqat istiqaməti fəaliyyətə başlayıb

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) xüsusi xidmət orqanları ilə böyük şəbəkəsi var. Dünyanın 160 milli kibertəhlükəsizlik mərkəzləri ilə əlaqə nöqtəmiz mövcuddur. Budapeşt Konvensiyası çərçivəsində 24/7 əlaqə kanalımız var və biz kibercinayətkarlığın araşdırılması istiqamətində tədbirlər görürük.

NTV xəbər verir ki, bunu DTX-nin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin əsas tərəfdaşlığı ilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən Bakıda keçirilən “4-cü Milli Kibertəhlükəsizlik Forumu”nda çıxışı zamanı deyib.

D.Rüstəmov fikirlərinə belə davam edib: “Eyni zamanda, BMT-nin yeni qəbul olunmuş və Azərbaycanın ilk ratifikasiya etdiyi beynəlxalq sənədin - Kibercinayətkarlığa qarşı Konvensiyanın üzərində də işlər gedir. Bununla yanaşı, DTX-də Kibertəhqiqat istiqaməti fəaliyyətə başlayıb. Kibertəhqiqatın təhqiqat və kibertədqiqat hissələri tandemdə çalışacaq. Bu fəaliyyət nəticəsində xüsusilə APT kimi ciddi kibertəhdidlərə qarşı mübarizədə ciddi irəliləyişlər əldə olunmasını hədəfləmişik”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM