satellite   Azerspace-1: 11135 H 30000

Rasim Əliquliyev: Kibertəhlükəsizlik sahəsində akademik potensialın rolu artır

Rasim Əliquliyev: Kibertəhlükəsizlik sahəsində akademik potensialın rolu artır

Kibertəhlükəsizlik sahəsində qarşıya qoyulan hədəflərə nail olmaq üçün təkcə inzibati və maliyyə resursları kifayət deyil, bu prosesdə akademik potensialın və elmi tədqiqatların rolu xüsusi əhəmiyyət daşıyır.

NTV xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin əsas tərəfdaşlığı ilə keçirilən “4-cü Milli Kibertəhlükəsizlik Forumu”nda çıxışı zamanı deyib.

Rasim Əliquliyev bildirib ki, rəqəmsal transformasiya və kibertəhlükəsizlik sahəsində həyata keçirilən dövlət siyasəti elmi müəssisələr, ali təhsil ocaqları və dövlət qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsini zəruri edir.

R.Əliquliyevin sözlərinə görə, müasir dövrdə kibertəhlükəsizlik problemlərinin həlli multidissiplinar yanaşma tələb edir: “Bu səbəbdən elmi tədqiqatların nəticələrinin praktikaya tətbiqi, innovativ həllərin hazırlanması və yüksəkixtisaslı kadrların yetişdirilməsi əsas prioritetlərdən biridir. Ölkədə kibertəhlükəsizlik sahəsində dayanıqlı inkişafın təmin olunması üçün akademik mühitin imkanlarından daha səmərəli istifadə edilməlidir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM