satellite   Azerspace-1: 11135 H 30000

Ötən il Azərbaycanda 20 ildən çox davam edən nikahlar arasında 2 500-dən çox boşanma olub

Ötən il Azərbaycanda 20 ildən çox davam edən nikahlar arasında 2 500-dən çox boşanma olub

Azərbaycanda 2025-ci ildə 20 və daha yuxarı evlilik müddəti olan şəxslər arasında 2681 boşanma hadisəsi qeydə alınıb.

NTV   "Report"-a istinadən xəbər verir ki, Statistik məlumatlar son üç il ərzində boşanmaların ən böyük payı ardıcıl olaraq 10-19 il davam edən nikahların payına düşüb.

2025-ci ildə ümumi boşanmaların sayı 20 675 təşkil edib. Onlardan 7 354-ü 10-19 il davam edən nikahlara, 5 795-i 5 ilə qədər davam edən nikahlara, 4 845-i 5-9 illik nikahlara aid olub.

2024-cü ildə isə boşanmaların ümumi sayı 21 384 olub. Bu dövrdə 10-19 illik nikahlar üzrə 7 768, 5 ilə qədər davam edən nikahlar üzrə 5 715, 5-9 illik nikahlar üzrə 5 347, 20 il və daha artıq davam edən nikahlar üzrə isə 2 554 boşanma qeydə alınıb.

Mövcud statistikaya görə, 2023-cü ildə ölkədə 21 688 boşanma qeydə alınıb. Onlardan 7 735-i 10-19 il davam etmiş nikahlara aid olub. Həmin il 5 ilə qədər davam edən nikahlar üzrə 5 814, 5-9 illik nikahlar üzrə 5 805, 20 il və daha uzun müddət davam edən nikahlar üzrə isə 2 334 boşanma rəsmiləşdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM