satellite   Azerspace-1: 11135 H 30000

Səyyar "ASAN xidmət"in növbəti ünvanı Tbilisidir

Səyyar "ASAN xidmət"in növbəti ünvanı Tbilisidir

Səyyar “ASAN xidmət” bu dəfə Gürcüstanda müvəqqəti yaşayan və işləyən Azərbaycan vətəndaşlarına xidmət məqsədilə Tbilisiyə gəlib.

NTV xəbər verir ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşları iyunun 5-7-də Azərbaycanın Gürcüstandakı səfirliyində vətəndaşlarımız üçün şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq barədə arayışların verilməsi üzrə xidmət göstərəcəklər.

Xidmətlərdən istifadə etmək üçün Elektron Növbə Portalından növbə götürmək mütləqdir: appointment.mfa.gov.az/az

Portalda səfirliyi seçdikdən sonra müvafiq xidməti və tarixi (5, 6 və 7 iyun) qeyd olunmalıdır.

Səfirlik binası Tbilisidə Vaxtanq Qorqasali küçəsi, 4 ünvanında yerləşir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM