satellite   Azerspace-1: 11135 H 30000

Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə Texniki Komitə yaradılıb

Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə Texniki Komitə yaradılıb

“Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026–2030-cu illər üçün Konsepsiya”da məhkəmə ekspertizası fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə standartlaşdırma, akkreditasiya və uyğunluğun qiymətləndirilməsi mexanizmlərinin tətbiqi prioritet istiqamətlərdən biri kimi qəbul edilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, ölkəmizdə məhkəmə ekspertizası sahəsində milli standartlaşdırma sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılması və bu istiqamətdə institusional mexanizmlərin təkmilləşdirilməsi məqsədilə adıçəkilən Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası davam etdirilir.

Konsepsiyada məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə texniki komitələrin yaradılması ilə bağlı müəyyən edilmiş tapşırığa uyğun olaraq Azərbaycan Standartlaşdırma İnstitutunun 2026-cı il 26 may tarixli qərarı ilə “Məhkəmə ekspertizaları” standartlaşdırma üzrə Texniki Komitəsi (AZSTAND/TK 57) təsis edilib.

Yeni yaradılan Texniki Komitənin əsas fəaliyyət istiqamətlərinə məhkəmə ekspertizası sahəsində tətbiq olunan ISO və digər beynəlxalq standartların sistemli təhlili, dövlət standartları layihələrinin hazırlanması və peşəkar müzakirəsinin təşkili, onların aidiyyəti qurumlarla razılaşdırılması, qəbul edilmiş standartların dövlət reyestrinə və fonduna daxil edilməsi, habelə tətbiqini təmin edən metodiki sənədlərin işlənib hazırlanması daxildir.

Texniki Komitənin fəaliyyəti məhkəmə ekspertizası sahəsində beynəlxalq standartların tətbiqinin genişləndirilməsinə, ekspertiza fəaliyyətinin keyfiyyətinin yüksəldilməsinə və bu sahədə qabaqcıl təcrübələrin ölkəmizdə tətbiqinə töhfə verəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM