Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində baş vermiş insidentlə bağlı hadisə iştirakçılarından 7 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən NTV-yə bildirilib ki, faktla əlaqədar Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
