satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda “İctimai İnkişafın Aspektləri” mövzusunda ustad dərsi keçirilib - FOTOLAR

Naxçıvanda “İctimai İnkişafın Aspektləri” mövzusunda ustad dərsi keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda “İctimai İnkişafın Aspektləri” mövzusunda ustad dərsi keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda “İctimai İnkişafın Aspektləri” mövzusunda ustad dərsi keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda “İctimai İnkişafın Aspektləri” mövzusunda ustad dərsi keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda “İctimai İnkişafın Aspektləri” mövzusunda ustad dərsi keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda “İctimai İnkişafın Aspektləri” mövzusunda ustad dərsi keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda “İctimai İnkişafın Aspektləri” mövzusunda ustad dərsi keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda “İctimai İnkişafın Aspektləri” mövzusunda ustad dərsi keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda “İctimai İnkişafın Aspektləri” mövzusunda ustad dərsi keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda “İctimai İnkişafın Aspektləri” mövzusunda ustad dərsi keçirilib<font color=red> - FOTOLAR</font>

NTV xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Kənd Qadınları Assosiasiyası İctimai Birliyinin birgə təşkilatçılığı  ilə “İctimai İnkişafın Aspektləri” mövzusunda ustad dərsi keçirilib. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova çıxış edərək bildirib ki, ölkəmizdə, eləcə də muxtar respublikamızda qadınların ictimai-siyasi və sosial-mədəni həyata fəal cəlb olunması daim diqqət mərkəzində saxlanılıb.

Daha sonra Azərbaycan Kənd Qadınları Assosiasiyası İctimai Birliyinin sədri Gülbəniz Qənbərova çıxış edərək bildirib ki, Azərbaycan Kənd Qadınları Assosiasiyası İctimai Birliyi “Aqrosahibkar Qadınlarla İş” layihəsini Naxçıvanda yeni fəaliyyətlərlə davam etdirir. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilir və məqsədi “Qadın Özünə-kömək Qrupu” modelinə əsaslanan kollektiv qadın bizneslərinin təbliği, kənd yerlərində yaşayan qadınların sahibkarlıq vasitəsilə cəmiyyətə inteqrasiyası, onların iqtisadi gəlirlərinin artırılması və ailə büdcəsinə dəstəyin gücləndirilməsi, həmçinin kənd qadınlarında özünəinam hissinin formalaşdırılmasına töhfə verməkdən ibarətdir.

Qeyd olunub ki, Naxçıvanda ilk Qadın Kooperativinin yaradılması, təşkilatlanaraq hüquqi status alması “Aqrosahibkar Qadınlarla İş” layihəsinin əsas fəaliyyət istiqamətlərindən biridir. Layihənin icra qrafikinə uyğun olaraq məqsəd ictimai inkişaf sahəsində çalışan gənclərin və sosial iş ixtisası üzrə təhsil alan tələbələrin kollektivləşmə, şəbəkələşmə və özünə-kömək kimi sosial dəyərlərin praktik nəticələri ilə tanış olması, eləcə də onların regionda fəaliyyət göstərəcək Qadın Kooperativlərinin inkişafında peşəkar kadrlar kimi iştirakına nail olmaqdan ibarət olub. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və sorğu keçirilib.

Qeyd edək ki, tədbirdə Komitənin əməkdaşları və istehsalat təcrübəsində olan Naxçıvan Dövlət Universitetinin Sosial iş ixtisasının  tələbələri iştirak edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Qəbələdə zəlzələ olub

15:51 12.06.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM