Bu ilin yanvar-iyun aylarında muxtar respublikada nəqliyyat sektorunda 3 milyon 539 min 400 ton yük, 23 milyon 457 min 500 sərnişin daşınıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NTV-yə bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,1 faiz, sərnişin daşınması isə 0,9 faiz artıb.
