satellite   Azerspace-1: 11135 H 30000

Babək rayonunda iki avtomobil toqquşub, xəsarət alanlar var

Babək rayonunda iki avtomobil toqquşub, xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

NTV xəbər verir ki, qəza rayonun Xalxal kəndi ərazisindən keçən avtomobil yolunda qeydə alınıb.

Belə ki, iki "Hyundai" markalı avtomobilin toqquşması nəticəsində Babək rayonunun Məzrə kənd sakinləri, 1993-cü il təvəllüdlü Mirəli Mirmehdi oğlu Seyidov və 1993-cü il təvəllüdlü Hatəm Əli oğlu Xələfov xəsarət alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılıb və müalicəyə cəlb ediliblər. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM