satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın və Pakistanın ədliyyə orqanları arasında əməkdaşlıq daha da genişləndirilir - FOTOLAR

Azərbaycanın və Pakistanın ədliyyə orqanları arasında əməkdaşlıq daha da genişləndirilir<font color=red> - FOTOLAR</font> Azərbaycanın və Pakistanın ədliyyə orqanları arasında əməkdaşlıq daha da genişləndirilir<font color=red> - FOTOLAR</font>

Ədliyyə naziri Fərid Əhmədov Pakistanın hüquq və ədliyyə üzrə dövlət naziri Aqil Malikin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, görüşdə Azərbaycan-Pakistan əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanaraq, qarşılıqlı səfərlərin və yüksəksəviyyəli görüşlərin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsində mühüm rol oynadığı bildirilib.

Ədliyyə orqanları arasında əməkdaşlığın inkişafına xidmət edən Əməkdaşlıq Memorandumu və Əməkdaşlıq Proqramının icrası çərçivəsində bir sıra birgə tədbirlərin həyata keçirildiyi və bu istiqamətdə fəaliyyətin davam etdirildiyi qeyd olunub.

Bu çərçivədə Bakıda keçiriləcək təlimin iki ölkənin ədliyyə orqanları arasında təcrübə və bilik mübadiləsinin genişləndirilməsi, eləcə də peşəkar əlaqələrin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Eyni zamanda, may ayında İslamabadda keçirilmiş təlimin yüksək səviyyədə təşkilinə görə Pakistan tərəfinə təşəkkür ifadə edilib, cari ilin oktyabr ayında isə İslamabadda daha bir təlimin keçirilməsinin planlaşdırıldığı bildirilib.

Birgə təlimlərin və digər tədbirlərin iki ölkənin ədliyyə orqanları arasında əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Aqil Malik Azərbaycandan olan hakimlər, ədliyyə və məhkəmə işçiləri üçün Bakıda keçiriləcək təlimdə iştirak etmək məqsədilə ölkəmizə səfər edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM