satellite   Azerspace-1: 11135 H 30000

Şəhid baş leytenant Cəfər Cəfərov – Vətənə sədaqətin simvolu

Şəhid baş leytenant Cəfər Cəfərov – Vətənə sədaqətin simvolu

Şəhid baş leytenant Cəfər İbrahim oğlu Cəfərov 1985-ci il dekabrın 26-da Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri qəsəbəsində anadan olub.

İlk təhsilini doğma qəsəbə məktəbində alan Cəfər Cəfərov 2003-cü ildə Heydər Əliyev adına Hərbi Liseyi, 2007-ci ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib.

O, 2009-cu ildə "N" saylı hərbi hissədə taqım komandiri vəzifəsində hərbi xidmətə başlayıb. Daha sonra motoatıcı bölük komandiri təyin edilən gənc zabit üzərinə düşən vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib. Xidmət dövründə nümunəvi fəaliyyəti ilə hissə komandirliyinin, zabit yoldaşlarının və əsgərlərin dərin hörmətini qazanıb. 2010-cu ildə ona baş leytenant hərbi rütbəsi verilib.

Vətən torpaqlarının azadlığı uğrunda böyük fədakarlıq göstərən Cəfər Cəfərov 2012-ci il iyulun 20-də Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Şəhid baş leytenant Cəfər Cəfərovun Vətən qarşısındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunub.

Əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq!

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM