satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda transformatorun avtomatı partlayıb, elektrik montyoru xəsarət alıb

Naxçıvanda transformatorun avtomatı partlayıb, elektrik montyoru xəsarət alıb

Naxçıvanda transformatorun avtomatında baş verən partlayış nəticəsində 1 nəfər xəsarət alıb.

NTV-nin məlumatına görə, hadisə Naxçıvan şəhərinin Xətai məhəlləsi, Döngə 11 ünvanında qeydə alınıb.

Belə ki, "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin 1-ci dərəcəli Səyyar Əməliyyat Briqadasının elektriki, 1963-cü il təvəllüdlü Tofiq Namaz oğlu Məmmədov elektrik şəbəkəsində baş vermiş nasazlığın aradan qaldırılması zamanı xəsarət alıb.

İlkin məlumata görə, transformatorun elektrik naqillərində qısaqapanma baş verib, nəticədə avtomatda partlayış olub. Hadisə zamanı Tofiq Məmmədovun hər iki əli, üz və qarın nahiyəsində yanıq xəsarətləri yaranıb.

Faktla bağlı Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM