satellite   Azerspace-1: 11135 H 30000

Beynəlxalq axtarışda olan şəxs Özbəkistandan Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxs Özbəkistandan Azərbaycana ekstradisiya edilib

Dələduzluqda ittiham olunan şəxs Özbəkistandan Azərbaycana ekstradisiya edilib.

Bu barədə NTV-yə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluğun vəsatəti əsasında Özbəkistanın Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşı Elgün Sədyar oğlu Soltanovun ekstradisiyası haqqında qərar qəbul olunub.

Bakı şəhəri Xətai Rayon Polis İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Elgün Soltanovun külli miqdarda dələduzluq cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul olunub və o, istintaqdan yayınaraq gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM