satellite   Azerspace-1: 11135 H 30000

Səmərqənddə Birinci Beynəlxalq Qardaşlaşmış Şəhərlər Forumu keçiriləcək

Səmərqənddə Birinci Beynəlxalq Qardaşlaşmış Şəhərlər Forumu keçiriləcək

Beynəlxalq bələdiyyələrarası əlaqələrin inkişafında mühüm hadisələrdən biri iyulun 24-də Səmərqənddə keçiriləcək Birinci Beynəlxalq Qardaşlaşmış Şəhərlər Forumu olacaq. Tədbirdə Azərbaycanın bələdiyyələrinin nümayəndə heyətinin, həmçinin müxtəlif ölkələrdən şəhər rəhbərlərinin, ekspertlərin, işgüzar dairələrin və ictimai təşkilatların təmsilçilərinin iştirakı gözlənilir.

Bu sözləri NTV-yə müsahibəsində Özbəkistanın Qardaşlaşmış Şəhərlər Alyansının sədri Zakir Abidov deyib.

O qeyd edib ki, Forum qabaqcıl təcrübənin mübadiləsi, ticarət-iqtisadi, investisiya, turizm, elm-təhsil və mədəni-humanitar əməkdaşlıq perspektivlərinin müzakirəsi, həmçinin şəhər və regionlar arasında yeni birbaşa əlaqələrin qurulması üçün nüfuzlu platformaya çevriləcək.

“Tədbir çərçivəsində Xankəndi ilə Namanqan, eyni zamanda, Astara ilə Nukus şəhərləri arasında yeni qardaşlaşmış şəhər münasibətlərinin yaradılması məsələsinə baxılması təklif olunur. Bu təşəbbüslərin həyata keçirilməsi Özbəkistan ilə Azərbaycan arasında regionlararası əməkdaşlığın coğrafiyasını genişləndirəcək, iqtisadiyyat, sahibkarlıq, turizm, mədəniyyət, təhsil və innovasiya sahələrində birgə layihələrin reallaşdırılması üçün möhkəm zəmin yaradacaq”, - deyə Zakir Abidov əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM