“Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsinin açılış konfransı olub - FOTOLAR

“Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsinin açılış konfransı olub<font color=red> - FOTOLAR</font> “Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsinin açılış konfransı olub<font color=red> - FOTOLAR</font> “Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsinin açılış konfransı olub<font color=red> - FOTOLAR</font> “Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsinin açılış konfransı olub<font color=red> - FOTOLAR</font> “Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsinin açılış konfransı olub<font color=red> - FOTOLAR</font> “Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsinin açılış konfransı olub<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Biznes Mərkəzində İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşdirilən “Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsinin açılış konfransı olub.

Əvvəlcə qonaqlar xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalan abidəsini ziyarət edib, buraya gül dəstələri qoyublar. Heydər Əliyev Muzeyində olan qonaqlara ulu öndərin mənalı ömür yolu və parlaq siyasi fəaliyyətini əks etdirən eksponatlar barədə məlumat verilib.

Sonra tədbir Naxçıvan Biznes Mərkəzində “Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsinin açılış konfransı ilə davam edib.

Muxtar respublikanın aid dövlət qurumlarının nümayəndələri və layihə iştirakçısı olan 9 qadın sahibkarın iştirak etdiyi konfransda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edib. Qeyd edib ki, bu gün muxtar respublikada fəal əməklə məşğul olan və iqtisadiyyatın müxtəlif sahələrində işləyən əhalinin 33 faizini qadınlar təşkil edir.

Vurğulanıb ki, muxtar respublikada sahibkarlıq fəaliyyəti ilə yanaşı, ailə təsərrüfatlarının inkişafına da xüsusi diqqət göstərilir, xüsusi qayğıya ehtiyacı olan ailələr özünüməşğulluq proqramına cəlb edilir. Təkcə 2021-ci il ərzində 330 ailə özünüməşğulluq proqramına cəlb edilib ki, bunun da 116-sı qadınlardır. Ümumilikdə muxtar respublikada 1209 ailə təsərrüfatı qeydiyyata alınıb ki, bunun da 98-i qadınlar tərəfindən idarə olunur.

Qeyd olunub ki, qadınların sahibkarlıq fəaliyyətinin dəstəklənməsi üçün ötən illərdə də layihələr icra olunub. Belə ki, ötən 3 il ərzində Azərbaycan Mikromaliyyə Assosiasiyası və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən icra olunan və müvafiq olaraq Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsi və həmin layihənin davamı olan “Naxçıvan Muxtar Respublikasında COVİD-19-un təsirinə məruz qalmış qadınlara iqtisadi dəstək” layihəsi, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin maliyyələşdirdiyi “İcma Quruculuğu Təşəbbüsləri Proqramı” çərçivəsində “Naxçıvan Muxtar Respublikasında Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” layihələri uğurla icra olunub. İcra olunan layihələr çərçivəsində aztəminatlı və sağlamlıq imkanları məhdud olan 128 qadına maliyyə dəstəyi göstərilib. Hazırda sərmayə kapitalı alan qadınlar məşğul olduqları fəaliyyət sahələrini uğurla davam etdirirlər.

Ramilə Seyidova Naxçıvan Muxtar Respublikasında “Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsinin həyata keçirilməsinə və bu sadalanan layihələrin öz reallığını tapmasına göstərdiyi diqqət, qayğı və  yüksək dəstəyə görə layihə iştirakçıları olan qadınlar adından və öz adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

Azərbaycan Mikromaliyyə Assosiasiyasının İdarə heyətinin sədr müavini Süleyman Kələşov təmsil etdiyi assosiasiyanın Naxçıvan Muxtar Respublikasında həyata keçirdiyi layihələr barədə məlumat verib. Bildirib ki, 2018-ci ildən bu günədək 386 qadın müxtəlif layihə fəaliyyətlərindən bəhrələnib, ümumilikdə 128 qadın 86 min 256 manat dəyərində sərmayə kapitalı alaraq sahibkarlıq fəaliyyətlərinə başlayıb.

İlk dəfə Naxçıvanda olduğunu qeyd edən İsveçrənin Azərbaycan Respublikasındakı səfirinin müavini, Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının Regional direktorunun müavini Alberto Hernandez 2011-ci ildə İsveçrə prezidentinin muxtar respublikaya səfərini xatırladıb və ölkələrimiz arasındakı müxtəlif sahələr üzrə səmərəli əməkdaşlıqdan bəhs edib. Qeyd edilib ki, bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur. Alberto Hernandez Azərbaycanda 23 il ərzində 115 milyon dollar dəyərində 90 layihənin icrasına dəstək göstərdiklərini diqqətə çatdırıb.

Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva bu cür təşəbbüslərin ölkədə məşğulluğun artırılmasına da əlavə imkanlar yaratdığını qeyd edib.

Sonra Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova tərəfindən “Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsinin təqdimatı olub.

Konfransda Naxçıvan Televiziyasının muxtar respublikanın 2021-ci ildəki sosial-iqtisadi inkişafından bəhs edən filmi nümayiş etdirilib və Naxçıvan Biznes Mərkəzinin pavilyonlarına baxış olub.

Sonda İsveçrənin Azərbaycan Respublikasındakı səfirinin müavini, Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının Regional direktorunun müavini Alberto Hernandezin “Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsinin iştirakçıları ilə görüşü olub.

Qonaq səfər çərçivəsində Naxçıvan şəhərindəki muzeyləri də ziyarət edib.

  Adilə Səfərova

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM