Umayra Tağıyeva: Bu ilin iyulunda Şahdağda qar örtüyünün əmələ gəlməsi hadisəsi ikinci dəfə qeydə alınır

Umayra Tağıyeva: Bu ilin iyulunda Şahdağda qar örtüyünün əmələ gəlməsi hadisəsi ikinci dəfə qeydə alınır

Bu il iyulda Şahdağa qar yağması və qar örtüyünün əmələ gəlməsi hadisəsi ikinci dəfə qeydə alınır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu müsahibəsində Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Xidmət rəisinin sözlərinə görə, belə hadisə 2019-cu ilin iyul ayında da müşahidə olunub. "Üç il əvvəl iyulda da Şahdağda 1santimetr qar örtüyü əmələ gəlib. Bu il isə iyulda iki dəfə belə hal qeydə alınıb. Belə ki, iyulun 4-də və 23-də yüksək dağlıq ərazilərə qar yağması nəticəsində Şahdağda qar örtüyünün əmələ gəlməsi müşahidə olunub", - deyə o bildirib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM