satellite   Azerspace-1: 11135 H 30000

Almaniya klubu baş məşqçisi ilə vidalaşıb

Almaniya klubu baş məşqçisi ilə vidalaşıb

Almaniyanın “Union” klubu baş məşqçi Mauro Lustrinelli ilə yollarını ayırıb.

NTV  xəbər verir ki, bu barədə Berlin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

50 yaşlı isveçrəli mütəxəssis 2026-cı ilin iyul ayından komandaya rəhbərlik edirdi. Onun rəhbərliyi altında “Union” 13 oyunda 2 qələbə qazanıb, 4 heç-heçə edib və 7 məğlubiyyətlə üzləşib.

Klubun prezidenti Dirk Zingler qərarın komandanın nəticələri və oyun üslubu ilə bağlı olduğunu bildirib. Onun sözlərinə görə, yayda razılaşdırılmış strategiyanın həyata keçirilməsi və heyətdə aparılan dəyişikliklər gözlənilən nəticəni verməyib.

Qeyd edək ki, “Union” Almaniya Bundesliqasının turnir cədvəlində 7 xalla 17-ci pillədə qərarlaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM