satellite   Azerspace-1: 11135 H 30000

Ahıllar tibbi müayinələrə cəlb olunublar - FOTOLAR

Ahıllar tibbi müayinələrə cəlb olunublar<font color=red> - FOTOLAR</font> Ahıllar tibbi müayinələrə cəlb olunublar<font color=red> - FOTOLAR</font> Ahıllar tibbi müayinələrə cəlb olunublar<font color=red> - FOTOLAR</font> Ahıllar tibbi müayinələrə cəlb olunublar<font color=red> - FOTOLAR</font>

Muxtar respublikada ahıllara müxtəlif sosial xidmətlərin göstərilməsi, maddi-məişət şəraitlərinin yaxşılaşdırılması, cəmiyyətə inteqrasiyası məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, həmin tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasının tibbi heyəti tərəfindən Şahbuz rayonunun Ahıllar evi ziyarət olunub, onlar tibbi müayinələrə cəlb ediliblər. Tibbi müayinədə endokrinoloq, nevropatoloq, terapevt, LOR, laborator, cərrah və digər həkimlər iştirak ediblər.

Ümumi olaraq 5 ahılda 35 müayinə aparılıb və iki nəfərə muxtar respublika xəstəxanasında müayinə üçün göndəriş verilib.

Qeyd edək ki, aksiya çərçivəsində xəstələrə ilkin tibbi yardım üçün istifadə olunan zəruri dərmanlar və hər birinə şəxsi gigiyenik ləvazimatlar təqdim edilib.

Aygün Hüseynova

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM